05 İyun 2026
Dünya futbolu

Argentinalı dostunu yanına gətirmək istəyir

Xulian Alvares “Atletiko”nun Enso Fernandes üçün təklif göndərməsini istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “Çelsi”nin yarımmüdafiəçisi ilə yaxın dost olan argentinalı hücumçu Madrid təmsilçisinin Ensoya görə hərəkətə keçməsini istədiyi bildirilir. O, futbolçunun komandaya faydalı olacağını düşünür.

Madrid təmsilçisi hələlik bu barədə düşünmür. Çünki Fernandesin İspaniyada oynamaq fikri yoxdur. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43