Kateqoriyasız

“Aris” – “Neftçi” matçını canlı yayımlayacaq kanallar

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində Kiprdə keçiriləcək “Aris” – “Neftçi” matçı canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizdə bu görüşü “CBC Sport” kanalı mavi ekranlara daşıyacaq. Rusiya və Türkiyə kanallarının yayım proqramına salınmayan oyunu Kiprdə “CytaVision Sports 1” kanalı canlı yayımlayacaq.

Qeyd edək ki, iyulun 21-də “AEK Arena”da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Cavab qarşılaşması iyulun 28-də Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43