05 İyul 2026
Dünya futbolu

“Arsenal” klub tarixinin ən bahalı transferini edir

“Arsenal” və “Vest Hem” yarımmüdafiəçi Deklan Raysın transfer şərtlərini müzakirə edirlər.

İdmanxeber.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, tərəflər razılığa gəlməyə yaxındır. Bonus şərtləri daxil olmaqla “Arsenal”ın yarımmüdafiəçi üçün 115 milyon avrodan çox ödəməsi gözlənilir.

Bu, klub tarixinin ən bahalı transferi olacaq. 

2022/23 mövsümündə Rays “Vest Hem”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. Klubla Konfrans Liqasını qazanıb.

Yarımmüdafiəçinin komandası ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43