“Nottingem Forest”in futbolçusu Murillo Avropanın nəhəng klublarının maraq dairəsinə düşüb.
İdmanxeber.az xəbər verir ki, “Arsenal” və “Barselona” braziliyalı müdafiəçini heyətlərinə qatmaq istəyirlər. Onun mümkün transferinin 2026-cı ildə gerçəkləşəcəyi gözlənilir.
23 yaşlı oyunçu bu mövsüm İngiltərə Premyer Liqasında 3 matçda meydana çıxıb. Murillo həmçinin mart ayında Braziliya millisində debüt edib.
Gənc müdafiəçi ilə “Nottingem Forest”in müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

