Kateqoriyasız

“Arsenal”da “Qarabağ” oyunu öncəsi ciddi itki

“Arsenal”ın qapıçısı zədələnib.

“Topçular”ın əsas qapıçısı Peter Çex zədələnib. Təcrübəli qolkiper topu oyuna daxil edən zaman əzələsini dartıb və 45-ci dəqiqədə almaniyalı qapıçı Bernd Leno ilə əvəzlənməli olub. Onun zədəsinin nə dərəcədə ciddi olub olmadığı tibbi müayinədən sonra məlum olacaq.

Qeyd edək ki, London təmsilçisi oktyabrın 4-də UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq. Görüş Bakı vaxtı ilə 20:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43