“Arsenal”ın yarımmüdafiəçisi Jorjinyo karyerasını Braziliyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Flamenqo” ilə razılığa gəlib. O, yayda yeni klubuyla müqavilə imzalayacaq.
33 yaşlı oyunçu 2023-cü ildən “Arsenal”da çıxış edir. O, bu mövsüm londonluların heyətində 27 oyuna çıxaraq, 1 qola imza atıb.

