“Arsenal”ın kapitanı Martin Edeqor dizindən zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçuda diz oynağının iç yan bağında zədə aşkarlanıb.
Norveçli yarımmüdafiəçi noyabrın sonuna qədər meydana çıxa bilməyəcək və bu müddətdə bir neçə Premyer Liqa, Çempionlar Liqası və Liqa Kuboku oyunlarını buraxacaq.

