İdman

Aryen Roben Hollandiya millisindən getdi…

Hollandiya millisinin və “Bavariya”nın üzvü Aryen Roben milli komandadankı karyerasını sonlandırıb.

İdmanxeber.com-un məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi DÇ-2018-in oyunu çərçivəsində qarşılaşdıqları İsveç matçından sonra bu barədə açıqlama verib.

Robben yığmada 96 oyunda 37 qol vurub, 29 qolun ötürməsini verib.  O,  Hollandiya millisinin bombardirlər siyahısında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Hollandiya yığması DÇ-2018-in seçmə mərhələsində A qrupunu 3-cü pillədə başa vurub və mundiala vəsiqə qazana bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43