“Atalanta” Rodriqo Bekaonu heyətinə qatmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, A Seriyası təmsilçisi bu transfer üçün “Udineze”yə 10+2 milyon avro ödəməyə hazırdır.
Bekao ilə “Fənərbağça” da yaxından maraqlanırdı.
Braziliyalı müdafiəçi 2019-cu ildən “Udineze”də çıxış edir. O, bu müddət ərzində 130 oyuna çıxıb və 6 qol vurmağı bacarıb.

