04 İyun 2026
Ölkə futbolu

Avropada penalti, bizdə “davam”: “Neftçi”nin haqlı etirazı – VİDEO 

Hakim performansları son günlərdə futbol ictimaiyyətinin əsas müzakirə mövzusudur. Referilərin qərarları klublarımız tərəfindən birmənalı qarşılanmır. Demək olar ki, hər tur ciddi hakim səhvləri və narazılıqlar var. 

Hakim səhvlərindən ən çox əziyyət çəkən klub. “Neftçi”dir. “Ağ-qaralar” azı 3-4 oyunda referilərin səhvlərinin qurbanı olub. Haqlı olaraq davamlı klub rəsmiləri və baş məşqçi bu məsələdən narazılıq edir. 

“Flaqman”ın əleyhinə verilən qərarların narazılığa yol açması və ciddi müzakirə olunmasına əsaslı səbəblər var. Belə ki, Avropa liqalarındakı üst səviyyəli hakimlər ilə yerli referilər bənzər epizdolarda fərqli qərarlar qəbul edir. Bu da özlüyündə hakimlərimizin səviyyəsini müzakirəyə çıxarır.

Məsələn, Premyer Liqamızın 4-cü turunda baş tutan “Neftçi” – “Sabah” oyunundakı (0:0) bir epizodda ev sahibi komanda penalti gözləsə də, hakimlər davam qərarı verir. Halbuki eyni epizod Çempionlar Liqasında keçirilən “Borusiyya” – “Yuventus” matçında qayda pozuntusu kimi qeydə alınır və penalti təyin edilir. 

“Neftçi” – “Zirə” görüşündə də eyni hal təkrarlarlanır. Qəsəbə klubunun üzvü İsmayıl İbrahimlinin “Neftçi”nin futbolçusu Jordan Rezabalaya müdaxiləsi penalti gözləntisi yaratsa da, referilər buna məhəl qoymur, VAR da qarışmır.

Ancaq La Liqanın son turu çərçivəsində baş tutan “Real” – “Vilyarreal” matçında Madrid klubunun hücumçusu Vinisiusa  qarşı edilən bənzər müdaxilə hakimlər tərəfindən penalti kimi qiymətləndirilir. 

Həmin epizodları təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43