“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov heyəti daha bir gənc oyunçu ilə gücləndirmək istəyir.
İdmanxeber.az-a verilən məlumata görə, U-21 millimizin çalışdırıcısı “Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadəni yanına aparmaq istəyir. Abbasov mövsümün əvvəlindən 19 yaşlı oyunçunun xidmətində maraqlı olsa da, qarşı tərəf onu buraxmamışdı.
Ancaq təcrübəli çalışdırıcının istəyi ilə “Şamaxı” yayda yenidən yarımmüdafiəçi üçün “kimyaçılar”la danışıq aparacaq. Əhmədzadənin birdəfəlik transferi baş tutmasa, futbolçu icarə əsasında da bölgə klubuna keçə bilər.

