Kateqoriyasız

Azərbaycan çempionu daha bir braziliyalı futbolçu aldı

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan” heyətini daha bir oyunçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, ölkə çempionu braziliyalı Viktor Uqo Piresa ilə anlaşıb.

23 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Viktor Uqo Piresa son olaraq Qazaxıstanın “Atırau” klubunda çıxş edib. “Araz-Naxçıvan” daha əvvəl braziliyalı Mateus Katatau, Vitao və qapıçı Rövşən Hüseynli ilə sözləşmə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43