Dünya futbolu Ölkə futbolu

“Azərbaycan klubunda çox xoşbəxtəm” – Roberto Bordin

“Neftçi”nin baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına müsahibə verib.54 yaşlı mütəxəssis hazırkı işindən razı olduğunu bildirib:

” “Şerif”də  2 dəfə ölkə çempionu, 1 dəfə kubokun sahibi olmuşam. Həmçinin Avropa Liqasının qrup mərhələsində iştirak etmişik. Hazırda isə “Neftçi”yə rəhbərlik edirəm. Əlbəttə ki, öz ölkəmdə çalışmaq, bu həyəcanı yaşamaq istəyirəm. Ancaq indi Azərbaycan klubunda çox xoşbəxtəm və burdakı təcrübənin inkişaf prosesindən məmnunam”.

Qeyd edək ki, cari mövsümün əvvəlində “Neftçi”nin “sükanı arxası”na gətirilən Roberto Bordinin klubla müqavilə müddəti gələn ilin yayına qədərdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43