Kateqoriyasız

“Azərbaycana hörmətlə yanaşırıq, amma …” – Kipr millisinin baş məşqçisi

Kipr millisinin baş məşqçisi Yohan Valem Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla sabah keçiriləcək oyun haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, görüş üçün təşkil edilən mətbuat konfransında bunları deyib:

“Bu, ilk matçdan fərqli olacaq. Monteneqroya qarşı görüşdə müəyyən zəmin yaratdıq. Bəzi müsbət məqamları gördüm. Bu görüş vacibdir. Rəqibə hörmətlə yanaşırıq, amma qalib gəlmək istəyirik. Monteneqroya məğlubiyyətdən (0:2) sonra futbolçuların üzündəki məyusluğu gördüm. Bu, onların qələbəni nə qədər arzuladıqlarından xəbər verir. Azərbaycanla görüşdə kimin meydana çıxacağına sabah qərar verəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43