06 İyul 2026
Ölkə futbolu

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

İdmanxeber.az-ın məlumatına görə, avrokubok görüşlərinin ardından ölkə reytinqinə daha 0,875 əmsal əlavə olunub.

Bunun ardından Azərbaycan 18,125 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Rusiya (18,299), 30-cu sırada isə Bolqarıstan (16,875) qərarlaşıb.

UEFA reytinqinə İngiltərə (94,839) başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43