04 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu portuqaliyalı məşqçidən cavab gözləyir

“Zirə”dən ayrılan Məqsəd İsayev “İmişli”dən cavab gözləyir.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik İsayevlə danışıq aparıb və təcrübəli futbolçuya onu transfer etmək istədiklərini bildirib. 

Ancaq oyunçuyla bağlı yekun qərarı portuqaliyalı baş məşqçi Xorxe Kaskilya verəcək. Təcrübəli mütəxəssis hələlik azərbaycanlı müdafiəçi barədə konkret fikir bildirməyib.

Baş məşqçi oyunçu barədə müsbət rəy versə, rəhbərliklə onun arasında mümkün transferin detalları müzakirə ediləcək. 

Xatırladaq ki, ötən mövsümü “Zirə”də keçirən müdaifəçi karyerası ərzində Premyer Liqada 255 oyun keçirib, 6 qol vurub və 14 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43