“Fənərbağça” “Mançester Siti”nin müdafiəçisi Kayl Uokeri transfer etməyə çalışır.
İdmanxeber.az verir ki, İstanbul klub futbolçuya yüksək maaşlı müqavilə təklif edib. Mümkün transferlə bağlı “şəhərlilər” ilə danışıqlar gedir.
35 yaşlı futbolçu 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında “Milan”da keçirib. Müdafiəçi 16 oyun keçirib.
Uokerin “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

