26 İyul 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu Premyer Liqaya qayıtmır

Albaniyanın “Partizani” klubunda çıxış edən Vüsal İsgəndərli gələcək karyerası ilə bağlı qərarını verib.

İdmanxeber.az-a verilən məlumata görə, o, Azərbaycana qayıtmayacaq. Oyunçu təklifləri olsa da, mövsümün sonuna qədər Albaniyada oynamağa davam edəcək.

Xatırladaq ki, İsgəndərli “Karvan-Yevlax”ın maraq dairəsində olsa da, transfer baş tutmayıb. Buna səbəb maliyyə şərtləri olub.

Yevlax təmsilçisi İsgəndərlini transfer etmək istəsə də, yüksək məbləğdə maaş verə bilmir.

Bu səbəbdən də yarımmüdafiəçi ilə danışqlar baş tutmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43