Ötən mövsümü “Mingəçevir” klubunda keçirən Elməddin Məmmədov Albaniyada oynayacaq.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçu “Luftetari Gjikastra” klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Məmmədov daha əvvəl Qırğızıstan, Gürcüstan, Maldiv adaları, Malta və Bosniya və Herseqovinada legioner həyatı yaşayıb.

