Portuqaliya futbolunda diqqət mərkəzinə düşən braziliyalı hücumçu Andre Klovis üç klubun transfer siyahısına daxil olub.
İdmanxeber.az-ın məlumatına görə, hazırda Portuqaliyanın “Akademiku” klubunda çıxış edən 27 yaşlı futbolçu ilə Azərbaycanın “Qarabağ”, Çinin “Uhan Tri Tauns” və Cənubi Koreyadan bir klub yaxından maraqlanır.
Məlumata görə, “Akademiku” Klovisin transferi üçün 3 milyon avro tələb edir.
Hücumçu cari mövsümdə keçirdiyi 20 oyunda 15 qol vuraraq yüksək performans nümayiş etdirib.
Futbolçu uzun müddətdir Ağdam klubunun transfer siyahısındadır. Azarkeşlər israrla onun alınmasını istəyirlər.

