İdman

Azərbaycan – Makedoniya matçının başlama saatı açıqlandı

Azərbaycan və Makedoniya milli komandaları arasında martın 27-də Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyununun vaxtı dəqiqləşib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Mardan” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız Makedoniya ilə oyundan əlavə, martın 23-də Belarus, mayın 29-da  Qırğızıstan, iyunun 9-da isə Latviya yığması ilə yoxlama görüşü keçirəcək. Belarus və Qırğızıstanla oyunlar Bakı Olimpiya Stadionunda, Latviya ilə qarşılaşma isə səfərdə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43