Kateqoriyasız

Azərbaycan Premyer Liqası, XXIX tur: İki oyunun başlama vaxtı bilindi

Azərbaycan Premyer Liqasında XXIX turun iki qarşılaşmasının başlama saatı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, "Bakcell Arena"da baş tutacaq "Qarabağ" – AZAL qarşılaşması saat 17:00-da start götürəcək. Bundan iki saat sonra – saat 19:00-da Qəbələdə yerli "Qəbələ" klubu Zaqatalanın "Simurq" komandasını sınağa çəkəcək.

Qeyd edək ki, turun bütün oyunları eyni gündə – 9 mayda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43