Dünyadan

Azərbaycanla oyunöncəsi Çexiya millisinində itkilər var

Çexiya millisinin heyətində məcburi dəyişiklik edilib. 

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan yığmasının DÇ-2018-in seçmə qrup mərhələsindəki rəqibinin 2 futbolçusu sıradan çıxıb.

Oktyabrın 8-də Almaniyanın qonağı olacaq və bundan 3 gün sonra Azərbaycanı qəbul edəcək çexlərdə qapıçı Yaroslav Drobnı və yarımmüdafiəçi Martin Fridek zədə ucbatından heyətdən uzaqlaşdırılıblar.

Qeyd edək ki, Çexiya – Azərbaycan matçı oktyabrın 11-də Ostravanın “Munisipial” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43