Ölkə futbolu

“Azərsun Holdinq”dən ayrıseçkilik: Bu “Qarabağ”ı niyə rüsvay edirlər? – VİDEO

Böyük futbolda uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən “Qarabağ”da eyni hal futzal komandasında yaşanmır.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun ölkə çempionatında mübarizə aparan futzal komandası bərbad çıxışı ilə rəqiblərin məzə obyekti olub. Hələ komandanın zəif çıxışları bir yana, kluba maddi dəstək olduqca aşağıdı, yox dərəcəsindədi. 

“Qarabağ”ın sponsoru “Azərsun Holding” futzal komandasına demək olar ki, baxmır. Ötən gün bu komandanın “Xəzər Adaları” ilə oyununda bunun bir daha şahidi oldum. Təsəvvür edin “Qarabağ”ın futzal komandasında cəmi 7 futbolçu yer alıb. Yəni, bildiyiniz 5 əsas heyət üzvü və 2 əvəzləmə… Futzal kimi tez-tez dəyişiklik edilməsi oyunda 2 əvəzləmə ilə nə emtək olar?

Bundan başqa komandanın formaları da diqqətdən qaçmadı. Futbol üzrə əsas komandanın 2008-2009-cü illərdə geyindiyi forma ilə hazırda futzal komandası çempionat matçlarına çıxır. Hətta idman geyimləri ilə bağlı problem o həddədir ki, futzalçılar ötəngünkü oyunda hərəsi bir rəngdə futbol corabı geyinməsini görməmək mümkün deyildi.

Bu qədər çatışmamazlıqdan sonra “Qarabağ”ın böyük futboldakı uğuru nəyə lazımdı? Hər halda az da olsa futzal komandasına qayğı göstərilməli idi. 

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43