05 İyul 2026
İdman

Bədii gimnastlarımız Misirdə üç medal qazandılar

Azərbaycanın bədii gimnastları Misirin paytaxtı Qahirədə keçirilən “Pharaohs Cup” turnirində 3 medal qazanıblar.

İdmanxeber.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, gənc idmançılar Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandası 5 ip və 5 topla hərəkətlərin icrasında ikinci olub.

Gimnast Nuray Əhmədzadə isə lentlə fərdi hərəkətlərdə bürünc medala sahib çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43