Milli komanda

“…bacarıqlı futbolçular az deyil”

Antalya şəhərində Topaz Premyer Liqası klublarının hazırlıq prosesini izləyən AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov aşağı yaş qruplarına daxil olan futbolçuların yetişməsi istiqamətində görülən işlərlə bağlı AFFA-nın rəsmi saytına fikirlərini bildirib:

“AFFA tərəfindən müxtəlif yaş qruplarına aid yığma komandalar üçün mütəmadi təlim-məşq toplanışları təşkil olunur. Bu, futbolçuların daimi oyun praktikası qazanmasına kömək edir. Biz isə yetişməkdə olan gənc nəslin peşəkar futbolçu dövrünə keçid mərhələsində itib-batması üzərində fikirləşməliyik.Yeni nəsildə bacarıqlı futbolçular az deyil. Çalışıb, onları ölkə futboluna qazandırmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43