Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq “Olimpiya” cavab matçına ciddi itkilərlər çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, Lyublyana təmsilçisinin heyətində David Sualehe 90+5-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan uzaqlaşdırılıb və Bakı səfəri öncəsi cəzalı duruma düşüb.
Komandanın digər bir üzvü – Svit Seşlar isə Türkiyənin “Eyüpspor” klubuna tranfer olunub. O, ötən gün “Qarabağ”la matçda 72 dəqiqə meydanda olub.

