Sloveniya çempionu “Olimpiya” UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən ilk oyundan sonra futbolçusu Svit Seşları satıb.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyənin “Eyüpspor” klubunda davam etdirəcək. Seşların Türkiyənin I Liqa klubuna transferi Lyublyana təmsilçisinə 2,5 milyon avro qazandırıb.
Qeyd edək ki, “Qarabağ” səfərdə keçirilən ilk görüşdə 2:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab matçı avqustun 31-də Bakıda oynanılacaq.

