Qətər və ya Səudiyyə Ərəbistanı investorları “Barselona”nın bir hissəsini ala bilər.
İdmanxeber.az xəbər verir ki, bu barədə “El Chiringuito” nəşrinin jurnalisti Xose Alvares məlumat yayıb. O bildirib ki, kataloniyalılar maliyyə problemlərini həll etmək üçün klubun 49 faizini özəl kapital fonduna satmağı düşünür.
Bu məqsədlə “Barselona”nın prezidenti Xoan Laportanın son həftələrdə Səudiyyə Ərəbistanına səfər etdiyi və klub rəhbərinin hazırda Qətərdə olduğu bildirilir.

