Dünya futbolu

“Barselona” argentinalının müqavilə müddətini uzatdı

Argentina yığmasının üzvü Xavyer Maskeranonun karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib. İdmanxeber.com xəbər verir ki, 32 yaşlı futbolçu “Barselona”da qalmağa qərar verib.

O, Kataloniya klubu ilə müqaviləsinin müddətini uzadıb. Razılaşmaya əsasən, Maskerano daha 3 il “Barsa”nın formasını geyinəcək.

Qeyd edək ki, karyerası ərzində “River Pleyt”, “Korintians”, “Vest Hem” və “Liverpul” klublarının da şərəfini qorumuş Maskerano 2010-cu ildən “Barselona”nın oyunçusudu. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43