“Barselona” Frenki de Yonqla yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi futbolçunun çıxışından razıdır. Onunla yeni sözləşmə imzalamaq istəyir. Niderlandlı oyunçuya bir neçə klubdan təkliflər var.
Onun “Barselona” ilə müqaviləsi 2026-cı ildə bitəcək. Frenki de Yonq cari mövsüm 29 oyunda 2 qol vurub, 1 assist edib.

