“Bu matçda ən azından heç-heçəyə nail olmaq istəyirdik. Çalışırdıq ki, ən pis halda məğlub olmayaq. Təəssüf ki, alınmadı. Buna görə xalqımızdan üzr istəyirik. Onları yenə də sevindirə bilmədiyimiz üçün çox məyusuq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Mert Çelik Belarus yığmasına qarşı oyundan (0:2) sonra deyib. O, daha sonra belə davam edib:
“Çox məyusuq. Bununla belə, irəli baxmaq lazımdır. Mütləq toparlanıb, gücümüzü göstərməliyik. DÇ-2026-nın seçmə mərhələsi öncəsi yayda daha iki yoxlama matçı keçirəcəyik. Ümid edirəm ki, o vaxta qədər çatışmayan cəhətlərimiz üzərində çalışıb, Latviya və Macarıstanla görüşlərə daha yaxşı vəziyyətdə çıxacağıq”.

