Dünyadan

“Barselona” üsyan edir: “Haqqımızı qoruyacağıq”

2009 və 2013-cü illərdə heyətinə qatıb oynatdığı bəzi 18 yaşına çatmamış futbolçuların transferində FIFA qaydalarının və tələblərinin pozulması səbəbi ilə ali qurum tərəfindən 14 aylıq transfer qadağası alan “Barselona” bu qərara etiraz edir.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubu məlum cəza səbəbindən Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.

Klubun rəsmi saytı vasitəsi ilə qeyd olunan etirazda: “Messi, Xavi, Puyol kimi ulduz futbolçuların “yetişdiyi” “La Masia” adlı “Barselona” futbol məktəbində idman qaydalarına zidd heç bir hərəkətə yol verilməmişdi. Məhz buna görə də, biz öz haqqlarımızı qoruyacağıq. İstər FİFA, istərsə də CAS-a şikayətlərimizi ünvanlayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43