Dünyadan

“Barselona”da ciddi itki: ispaniyalı futbolçu 3 həftəlik sıradan çıxdı

“Barselona”nın “Sevilya” ilə oyununda aparıcı futbolçusu Jordi Alba zədələnərək sıradan çıxıb.

Kataloniya klubunun sol cinah futbolçusu “Sevilya” ilə matçın 14-cü dəqiqəsində zədələnərək yerini Adriyanoya vermişdi. 

Həkim müayinəsindən keçən Albanın zədəsinin ciddi olduğu aşkarlanıb və ispaniyalı futbolçu 3 həftə yaşıl meydanlardan kənar qalacaq.

Artıq bu haqda klubun rəsmi saytı da məlumat yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43