07 İyul 2026
Dünya futbolu

“Barselona”dan Premyer Liqaya

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə,  “Mançester Yunayted” və “Çelsi” futbolçunun xidmətində maraqııdır. London klubu ispaniyalı oyunçu üçün 40 milyon avro təklif etməyə hazırdır.

Lopesin İspaniya çempionatının cari mövsümündə 25 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43