“Barselona”nın futbolçusu İnyaki Penya komandadann ayrılacaq.
İdmanxeber.az-ın məlumatına görə, oyunçunun xidmətində bir neçə klub maraqlıdır. Penya daha çox oyun vaxtı qazanmaq üçün artıq digər təklifləri dəyərləndirir.
Penya “Barselona”nın yetirməsidir. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

