“Barselona”nın müdafiəçisi Klement Lanqle Premyer Liqaya gedə bilər.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu Kataloniya təmsilçisinin satmaq istədiyi futbolçular siyahısındadır. Lanqlenin mövqeyində bir çox isim olduğu üçün məşqçilər heyəti belə bir qərar verib.
Daha əvvəl “Əl-Nəsr”in onu almaq istədiyi bildirilirdi. Lakin futbolunun icarə əsasında ötən mövsüm forma geyindiyi “Tottenhem”ə transfer olunacağı gözlənilir.
Lanqle 2018-ci ildən “Barselona”da çıxış edir. Onun hazırkı müqaviləsi 2026-cı ilə qədər hesablanıb.

