13 İyul 2026
Dünya futbolu

“Barselona”nın hücumçusuna ərəblərdən təklif

“Barselona”nın hücumçusu Robert Levandovski yenidən Səudiyyə Ərəbistanı klublarının hədəfinə düşüb.

İdmanxeber.az “El Nacional”a istinadən xəbər verir ki, 37 yaşlı polşalı forvarda iki klub yüksək maaşlı təklif göndərib.

Buna baxmayaraq, Levandovskinin yay transfer pəncərəsində “Barselona”dan ayrılması gözlənilmir. Onun klubla müqaviləsi gələn ilin ortalarınadək qüvvədədir və əlavə bir mövsüm uzadılma şərti mövcuddur.

Məlumatlara görə, bu mövsüm təcrübəli hücumçunun Kataloniya təmsilçisində sonuncu ili ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43