19 İyun 2026
Dünya futbolu

Baş məşqçi təsdiq etdi: ispaniyalı gəlir

“Milan”  Adama Traore ilə müqavilə imzalaya bilər.

İdmanxeber.az-ın məlumatına görə, iyunun 30-da 27 yaşlı ispaniyalının “Vulverhempton”la müqaviləsi başa çatacaq. Azad agent statusu daşıyacaq oyunçu karyerasını İtaliyada davame tdirə bilər. 

Traore ilə maraqlandıqlarını “Milan”ın baş məşqçisi Stefano Pioli də təsdiq edib.

Ötən mövsüm futbolçu “canavarlar”ın heyətində 40 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43