17 İyun 2026
Ölkə futbolu

Emil Balayev “Neftçi”də – RƏSMİ

“Neftçi” mövsümlərarası dönəmdə ilk transferini rəsmiləşdirib. 

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. “Neftçi”nin yetirməsi olan Azərbaycan milli komandasının üzvü Emil Balayev ilə 2 illik müqavilə bağlanıb. 29 yaşlı qapıçı 12 nömrəli formanı geyinəcək.

 

 

Qeyd edək ki, sonuncu klubu “Səbail” (2017-2018, 2022-2023) olan Emil Balayev “Neftçi”dən (2011-2014) başqa “Sumqayıt” (2011-2012), “Araz Naxçıvan” (2013-2014), “Ayntraxt” (Frankfurt, Almaniya; 2015-2016), “Qarabağ” (2016-2017, 2020-2022), “Tobol” (Qazaxıstan; 2019), “Zirə” (2020), “Turan” (Qazaxıstan; 2022) klublarında da çıxış edib. O, Azərbaycan çempionatının (2013, 2020) və kubokunun (2013) qalibi olub, Azərbaycanın ən yaxşı futbolçusu seçilib (2019). Qapıçı milli komandamızın heyətində 15 oyunda meydana çıxıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43