“Bavariya” mövsümün sonunda müqaviləsi başa çatan Leroy Sane ilə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi təcrübəli futbolçunu komandada saxlayacaq.
Yeni müqavilədə Sanenin maaşı azaldılıb. 29 yaşlı ön xətt oyunçusu illik 10 milyon avro qazanacaq. Onunla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.
Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

