06 İyul 2026
Dünya futbolu

“Bavariya” “Çelsi” ilə danışıq aparır

“Bavariya” “Çelsi”nin hücumçusu Kristofer Nkunkunu transfer etmək üçün danışıqlara başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu 27 yaşlı fransalı futbolçunun keçidi ilə bağlı London təmsilçisi ilə əlaqə saxlayıb.

Nkunkunun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir və o, 2023-cü ildən bu komandada çıxış edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43