“Bavariya”nın vingeri Camal Musiala Almaniya çempionatının 28-ci turunun “Auqsburq”la matçını (3:1) zədə səbəbindən başa vura bilməyib.
İdmanxeber.az-ın məlumatına görə, ilk hissənin sonlarında qol vuran 22 yaşlı alman futbolçu 54-cü dəqiqədə zədələnərək əvəzlənib. Musiala 2-6 həftə yaşıl meydanlardan kənar qalacaq. Əvəzində meydana Tomas Müller daxil olub.
Bu mövsüm Musiala bütün turnirlərdə 40 matçda iştirak edib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib.

