Kateqoriyasız

“Bavariya”nın futbolçusu Fransa klubunda

“Bavariya” klubunun yarımmüdafiəçisi Renato Sanşeş karyerasını Fransada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu “Lill”lə anlaşıb. 22 yaşlı furbolçu 25 milyon avro qarşılığında Fransa klubuna keçib.

“Benfika”nın yetirməsi olan Renato, “Bavariya”ya 2016-cı ildə transfer olunmuşdu. O, 2017/18 mövsümünü icarə əsasında “Suonsi Siti”də keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43