“Beşiktaş” qışda İrfan Can Kahvecinin transferi üçün hərəkətə keçir.
İdmanxeber.az xəbər ki, klub yaxın günlərdə “Fənərbağça” ilə rəsmi danışıqlara başlayacaq. Sərgən Yalçın 29 yaşlı yarımmüdafiəçinin yaradıcılıq qabiliyyətinə görə komandaya uyğun olduğunu düşünür.
“Fənərbağça” isə futbolçunun satışına ehtiyatla yanaşır.
Mövsümə zədə ilə başlayan İrfan Can az oynasa da, təcrübəsi və oyun quruculuğu bacarığı səbəbilə “Beşiktaş”ın əsas hədəflərindən biri olaraq qalır.

