“Beşiktaş”ın futbolçusu Gedson Fernandes karyerasını Rusiyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Zenit” oyunçunun xidmətində maraqlıdır. İstanbul klubu futbolçu üçün 30 milyon avro tələb edəcək.
“Beşiktaş” Gedsonu 30 milyon avrodan aşağı qiymətə satmayacaq. Gedson Fernandes bu mövsüm Türkiyə çempionatında 32 oyunda 6 qol vurub.

