Lamin Yamal “Barselona” ilə müqaviləsini 2030-cu ilə qədər uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatında xəbərlər dərc olunur. Onun illik maaşı 9 milyon avrodan başlayacaq və hər il artaraq 18 milyon avroya çatacaq.
Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.

