15 İyun 2026
Ölkə futbolu

Braziliyalı futbolçu “Neftçi”nin təklifinə müsbət yanaşdı, müqaviləyə razılaşdı

Yeni mövsümə daha iddialı heyət qurmaq istəyən “Neftçi” artıq bəzi futbolçularla yolları ayırır, bəzilərinə isə yeni müqavilə təklif edir.

İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt klubunun yeni sözləşmə təklif etdiyi futbolçulardan biri də Aleks Fernandesdi.

Daha doğrusu, 23 yaşlı futbolçu icarə əsasında “Neftçi”də çıxış edirdi. Onun müqavilə ilə məxsus olduğu Rusiyanın “Baltika” klubu ilə aparılan danışıqlar müsbət yekunlaşıb. Əgər son anda hər hansı bir problem çıxmazsa, braziliyalı yarımmüdafiəçi daha bir il “ağ-qaralar”ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, yayda “Neftçi”yə cəlb olunan “sambaçı”nın Rusiya təmsilçisi ilə müqaviləsi 2027-ci ililin iyun ayında başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43