13 İyun 2026
Ölkə futbolu

Avropa Liqası: Toralın qolu ilk “10-luğ”a düşdü

UEFA 2024/2025 Avropa Liqasında vurulan ən yaxşı 10 qolun adını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, siyahıda “Qarabağ”ın futbolçusu Toral Bayramovun da qolu var. Millimizin üzvünün Avropa Liqası əsas mərhələsinin 4-cü turunda Norveçin “Bodo-Qlimt” komandasına qarşı fərqlənməsi diqqətdən kənar qalmayıb.

Bu qol siyahıda 7-ci yeri tutub. Qalatasaray”ın futbolçusu Yunus Akgünün eyni turda İngiltərə “Tottenhem”i ilə qarşılaşmada (3:2) vurduğu qol turnirin ən yaxşı qolu adına layiq görülüb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43