Kateqoriyasız

“Beşiktaş” gözünü millimizin baş məşqçisinə saldı: İkinci dəfə danışıqlara başladı

Türkiyə Superliqasının son turlarında ardıcıl xallar itirərək çempionluq şansını yoxa çevirən “Beşiktaş” baş məşqçisi Slaven Biliçlə yolları ayırmağa hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, “qara qartal”ın rəhbərliyi xorvatiyalı mütəxəssisin əvəzinə  5 namizəd müəyyənləşdirib.

“Fanatik” qəzetini yaydığı xəbərə görə, namizədlər arasında millimizin baş məşqçisi Robert Prosineçkinin də adı var. 

Qeyd edək ki, “Beşiktaş” 2013-cü ildə Slaven Biliçlə anlaşmamışdan öncə də Prosineçki ilə danışıqlara başlamışdı. Ancaq həmin vaxt xorvatiyalı mütəxəssis “Kayserispor”da qalmağı üstün tutaraq “Beşiktaş”ın təklifini qəbul etməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43